Saakaşvili tərəfdarlarını etiraz aksiyasına çağırdı

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili tərəfdarlarını ölkədə xarici agentlərlə bağlı qanunun əleyhinə etiraz aksiyalarına çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o Feysbuk hesabında bildirib.

“Bütün tərəfdarlarımı Rusiyanın müəllifi olduğu qanuna qarşı çıxmağa və ölkəmizin müstəqilliyinə, azadlığına və yalnız Avropa ilə mümkün olacaq gələcəyinə dəstək verməyə çağırıram”,

Qeyd edək ki, bu gün sözügedən qanuna etiraz olaraq Tiflisdə aksiya keçirilib.

Növbəti etiraz aksiyasının yerli vaxtla saat 19:00-da parlament binasının qarşısında keçiriləcəyi barədə qərar qəbul olunub.