Tbilisidə marketlərin birində azərbaycanlılara hücum edərək döyən qadın daha əvvəl Mixail Saakaşvilinin də pizza restoranına hücum edibmiş.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili yayımladığı videomüraciətdə danışıb.
“Bu gün “Gürcü Arzusu” partiyasının tərəfdarları Vake rayonundan olan Manço adlı qadını saxlayıb. O, 2013-cü ildə mənim pizza restoranıma girərək əşyalar atmışdı. Bu dəfə isə dəstəsi ilə birlikdə etnik azərbaycanlı vətəndaşlarımıza hücum edib”, – Saakaşvili yazıb.
Sabiq Prezidentin sözlərinə görə, hadisəni törədən qadın saxlanılsa da, ehtimal ki, məsuliyyətə cəlb olunmayacaq.
“O, İvanişvilinin qalan son tərəfdarlarından biridir. Bidzina, vaxtında müdaxilə et və sadiq tərəfdarını azad et! Əks halda, indiyədək arxalandığın qocalar və qadınlar sənə qarşı çıxacaqlar”, – Saakaşvili xəbərdarlıq edib.
Tahir Turan
Globalinfo.az