Saakaşvili seçkilərə qatılır – Liderlik edəcək

Gürcüstanın ana müxalifət partiyası olan Vahid Milli Hərəkatın (VMH) “Qələbə Koalisiyası”na həbsdə olan sabiq prezident Mixail Saakaşvili liderlik edəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə partiyanın sədri Levan Xabeişvili məlumat verib.

“Cəmiyyət anlayır ki, “Milli Hərəkat”ın sədri, təsisçisi, lideri var, o da prezident Saakaşvilidir. Müvafiq olaraq, bu seçkilərdə “Milli Hərəkat”ın, “Qələbə Koalisiyasının” əsas lideri Mixeil Saakaşvili olacaq”, – Xabeişvili bildirib.

Xatırladaq ki, bu ilin oktyabrında Gürcüstanda parlament seçkiləri keçiriləcək. VMH və “Aqmaşenebeli Strategiyası” partiyaları artıq qarşıdan gələn seçkilərlə əlaqədar “Qələbə Koalisiyası” formalaşdırıblar.