Putin 2012-ci ildə Tbilisidə gizli əməliyyat keçirdi – Saakaşvili

Vahid Milli Hərəkat Partiyasının 2012-ci ildə seçkini uduzub, hakimiyyəti itirməsi Rusiyanın genişmiqyaslı əməliyyatının nəticəsidir.

Globalinfo.az xəbər verir ki, bunu “Bild” qəzetinə müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

“Onlar İvanişviliyə 2 milyard dollar verdilər ki, seçkiqabağı kampaniya apara bilsin. Bu isə onun Rusiyadakı aktivlərinin qısa zaman ərzində satılması hesabına gerçəkləşdirildi”, – o bildirib.

Saakaşvili həmçinin İvanişvilini Gürcüstanı Putinə satmaqda ittiham edib. O, Ukrayna Prezidenti Vladimir Zelenskiyə yardım etməməsi üçün özünün qəsdən həbsdə saxlanıldığını bildirib.

Qeyd edək ki, Saakaşvili 2021-ci ildən həbsdə saxlanılır. Bu müddət ərzində o, həddən artıq arıqlayıb və beynəlxalq təşkilatlar artıq eks-prezidentin həyatının təhlükə altına düşdüyünü bildiriblər. Qərb dövlətləri Saakaşvilinin azadlığa buraxılmasını tələb etsələr də, rəsmi Tbilisi bunu rədd edir.

İlkin Həsənov
Globalinfo.az