cb4492c4 85ae 4735 afd7 e51aeb33478f

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvilinin 2007-ci ilin noyabr hadisələri ilə bağlı məhkəməsi baş tutub.

Globalinfo.az xəbər verir ki, sabiq prezident səhhətindəki problemlərlə bağlı məhkəməyə müalicə aldığı Vivamedi klinikadan onlayn formatda qoşulub.

Saakaşvili çıxışı zamanı ayağa qalxaraq fiziki vəziyyətini nümayiş etdirib, başına gələnlərdə hökuməti günahlandırıb.

O,  həbsdə olmasına görə Rusiya Prezidenti Vladimir Putini və hakim “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvilini ittiham edib.

“Gürcüstana və Ukraynaya xəyanət edənlər ən ağır sanksiyalarla cəzalandırılmalıdırlar”- deyə, Saakaşvili bildirib.

Qeyd edək ki, bundan əvvəl Avropa İnsan Haqları  müalicə üçün Məhkəməsi Saakaşvilinin xaricə köçürülməsindən imtina edib.

6275bfda 8fd1 4b29 96d9 a4bd2ef21561

Tahir Turan
Globalinfo.az

Paylaş: