Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili 2008-ci ilin avqustunda xaricdən aldığı tapşırıqla müharibə başladıb.
Globalinfo.az xəbər verir ki, bu məlumat Gürcüstanın hakim Gürcü Arzu Partiyasının Siyasi Şurasının bəyanatında yer alıb.
“Fakt odur ki, 2008-ci ilin avqustunda Saakaşvinilinin avantürist fəaliyyətinin nəticəsi onun psixi pozğunluğunun yox, xaricdən aldığı tapşırığın və yaxşı planlanmış satqınlığın nəticəsi idi”, – bəyanatda bildirilib.
Partiya Saakaşvilinin fəaliyyətinin Rusiyanın Gürcüstana hərbi müdaxiləsi üçün hüquqi əsas yaratdığını bildirib.
Qeyd edək ki, bundan öncə baş nazir İrakli Kobaxidze də bənzər bəyanatla çıxış edib. O, Saakaşvilinin buna görə məsuliyyətə cəlb edilməsi gərəkdiyini bildirib.
2008-ci il müharibəsi Rusiyanın Gürcüstan ərazilərini işğal etməsi ilə nəticələnmişdi. Saakaşvili işğalın Rusiya tərəfindən necə başlanmasını dəfələrlə izah edib, amma hazırkı hökumət bununla razılaşmır.
Əliyar Xəlil
Globalinfo.az