Şəkidə ana və 7 yaşlı qızını maşın vurdu

Şəkidə ana və azyaşlı övladını avtomobil vurub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki şəhəri M.F.Axundov prospektində baş verib. Rayon sakini Tural Məmmədov idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə şəhər sakinləri – 1988-ci il təvəllüdlü Nahidə Rəsul qızı Rəhimova və onun 7 yaşlı övladı Yağmur Vüsal qızı Rəhimzadəni vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan N. Rəhimova və qızı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Hadisə baş verən zaman N. Rəhimova övladını məktəbə aparırmış.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.