1736164566 6666hh

Xeyli müddətdir qaçqın və məcburi köçkünlərlə bağlı fikirləri ilə gündəmdə olan Mediatürk.TV-nin aparıcısı Səidə Bəkirqızı barədə xəbərlər yayılıb. Bildirilir ki, jurnalist məhz sözügedən fikirlərinə görə işdən çıxarılıb. 

Globalinfo.az məlumatı jurnalistin özü ilə dəqiqləşdirib.

Səidə Bəkirqızı Mediatürk.TV-dən ayrılması ilə bağlı xəbəri təsdiqləyib və hələ avqust ayında işdən çıxması ilə bağlı rəsmi ərizə yazdığını bildirib. Məsələnin söylədiyi fikirlərlə əlaqəli olmadığını vurğulayan jurnalist artıq “Space” televiziya kanalında işə başladığını da qeyd edib.

Qeyd edək ki, jurnalist sosial media hesabında da məsələ ilə bağlı açıqlama yayımlayıb.

Paylaş: