Rza Rzayev hələ də həbsdədir

Rza Rzayevlə ötən həftə görüşmüşəm, vəziyyəti yaxşıdır.

Globalinfo.az bildirir ki, bu sözləri Kult.az-a açıqlamasında tanınmış aktyor və rejissorun vəkili Səlahəddin Cəfərov Rza Rzayevin həbsi haqda danışarkən deyib.

“R.Rzayev özü də prosesi izləyir və oktyabrın 25-də Ali Məhkəmənin Cinayət Kollegiyasında baş tutacaq məhkəməni gözləyir. Hazırda bir yenilik yoxdur”, – Cəfərov bildirib.

Qeyd edək ki, R.Rzayev may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib.