“Ermənistanın hakim Mülki Müqavilə Partiyası dövlət protokolunun əsas tələblərinə məhəl qoymamaqda davam edir”
Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzetinin məqaləsində qeyd olunur.
Nəşr yazır ki, hökumətin addımları ölkənin nüfuzunun reytinq itirməsi ilə nəticələnir.
Məlumata görə, cari ilin avqustunda Ermənistanın Rusiya Federasiyasındakı səfiri təyin edilmiş keçmiş deputat Qurgen Arsenyan sentyabrın 11-də etimadnaməsinin surətini Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinə təqdim edib. Bu, rəsmi olaraq səlahiyyətlərin qəbul edilməsi deməkdir. Bildirilir ki, dövlət protokoluna əsasən, səfir vəzifəsinin icrasına başlayan məmur adətən etimadnaməsinin surətini ilk olaraq vəzifələrini icra edəcəyi dövlət başçısına verir. Nəşr iddia edir ki, bu, Rusiya Prezidenti Vladimi Putinin Ermənistanın yeni səfirini qəbul etmək istəmədiyi mənasına gəlir.
Nəşr etimadnamənin surətinin dövlət başçısından öncə XİN rəhbərinin müavini Mixail Qaluzinə təqdim edilməsini “Ermənistan tarixində görünməmiş hadisə” və “rüsvayçılıq” adlandırıb.
Qeyd edək ki, Ermənistan rəsmi mənbələri Q.Arsenyanın etimadnaməsini qarşıdakı günlərdə Putinə təqdim edəcəyini yazır. Arsenyanın anti-Rusiya təbıiğatçısı oldu, bu səbəblə qəsdən hökumət tərəfindən Moskvaya göndərildiyi iddia edilir.