Xocalıda gərginlik artdı: ermənilər və ruslar arasında toqquşma – VİDEO

Xocalıdakı hərbi bazaya gedən yolu bağlayan Qarabağ erməniləri ilə rus sülhməramlıları arasında gərginlik yaşanıb. 

Globalinfo.az xəbər verir ki, ermənilər sülhməramlıların hərəkətinin qarşısını almaq üçün yolun keçid məntəqəsinə avtomobil düzüblər.

Rus sülhməramlıları zirehli texnikalarını keçid məntəqəsinin girişinə aparıb, yolun açılmasını tələb ediblər. Lakin ermənilər onları dinləməyərək maşınları yerindən tərpətməyiblər. Daha sonra sülhməramlılardan bir neçəsi ermənilərin maşınlarını kənara çəkib, zirehli transportyorlarla yolu bağlayıblar.

Bu zaman tərəflər arasında gərginlik yaşanıb. Onlar bir-birilərinin ünvanına nalayiq ifadələr səsləndiriblər.

Həmin anın görüntülərini təqdim edirik:

Ayşən Mustafa
Globalinfo.az