Ruslara məxsus silah anbarı belə partladıldı – VİDEO

Ukrayna Silahlı Qüvvələri hazırda rusların nəzarətində olan Luqansk vilayətinin Svatovo şəhərində silah-sursat anbarına zərbə endirib.

Globalinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, anbarda baş verən partlayışın görüntüləri internetdə yayılıb.

Qeyd olunur ki, silah anbarının məhv edilməsi əməliyyatı əsas bazası Xarkov vilayətində yerləşən Ukrayna quru qoşunlarının 92-ci briqadasının xüsusi təyinatlı qüvvələri tərəfindən həyata keçirib. Ukrayna hərbçiləri iki həftə ərzində “Ural” yük maşınlarına anbara silah çatdmasını izləyiblər.