Ruslar zərbə endirdi, alman jurnalistlər yaralandı

Ötən gün Rusiya Silahlı Qüvvələrinin Xarkova zərbələri nəticəsində oteldə olan ZDF (Almaniya) telekanalının əməkdaşları xəsarət alıb.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə jurnalistlərdən biri sosial şəbəkə səhifəsində yazıb.

Bildirilib ki, hücum zamanı beş jurnalist oteldə olub.

Əlavə məlumat verilmir.