Rusların türk gəmisinə basqını: “Bozqurd” işarəsi göstərdi – VİDEO

Qara dənizdə Ukraynanın İzmail limanına hərəkət edən Türkiyəyə məxsus Palau bayraqlı “Şükrü Okan” gəmisinə rus əsgərlərinin basqınının görüntüləri ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, videoda gəminin göyərtəsində saxlanılan türk heyəti üzvlərindən birinin “Bozqurd” işarəsi göstərməsi əksini tapıb.

Qeyd edək ki, avqustun 13-də Rusiya hərbi gəmisindən sözügedən türk yük gəmisini dayandırmaq üçün atəş açıldığı deyilmişdi.

Ayşən Mustafa
Globalinfo.az