Ruslar Qarabağda Azərbaycan toponimlərindən istifadə etdi – FOTO

Rusiya Müdafiə Nazirliyi sülhməramlıların gündəlik fəaliyyəti ilə bağlı məlumatlarında Azərbaycan toponimlərindən istifadə etməyə başlayıb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Nazirliyin saytında məlumat yerləşdirilib.

Nazirlik bildirib ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.

“2023-cü il sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonlarında səkkiz müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

Sentyabrın 24-də Xankəndi şəhəri və ətraf ərazilərdə elektrik enerjisinin verilişi bərpa edilib”, – məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın Qarabağ regionu ilə bağlı bülletenlərdə SSRİ dövründəki terminlər istifadə edilib.