“Rusiyalıların 49%-i qoşunların Ukraynadan çıxarılması və müharibənin öz hədəfinə çatmadan sülh danışıqlarının başlanmasının tərəfdardır”.
Globalinfo.az xəbər verir ki, bu göstərici “Xroniki” layihəsi və “Extreme Scan” tədqiqat qrupunun keçirdiyi sorğunun nəticələrində qeyd olunur.
Məlumata görə, bu, 2022-ci ilin fevralından bu yana sülh tərəfdarları ilə bağlı qeydə alınan ən böyük nəticədir. Sorğu iştirakçılarının 33%-i müharibənin dayandırılmasına qarşı çıxdıqlarını bildiriblər.
Respondentlərin 63%-i Moskva ilə Kiyevin yaxın bir ildə qarşılıqlı güzəştlə sülh müqaviləsi imzalamasına tərəfdar olduğunu deyiblər.
Bununla belə sorğu iştirakçılarının 49%-i sülh və səfərbərlik arasında seçim etmək məcburiyyətində qalacaqları halda sülhə üstünlük verə biləcəklərini söyləyiblər. Rusların 32%-i müharibəyə getməyə hazır olduqlarını, 30%-i isə buna qarşı çıxdıqlarını bildiriblər.
Əliyar Xəlil
Globalinfo.az