Hazırda sülhməramlılar Bakı ilə danışıqlar aparır – Babayan

“Hazırda Rusiyanın sülhməramlı missiyası Laçın yolunun açılması üçün Azərbaycanla danışıqlar aparır”.

Globalinfo.az xəbər verir ki, bunu separatçı rejimin “müşaviri” Davit Babayan deyib.

“Sülhməramlılar bunun üçün çalışırlar, görək necə olacaq. Hazırda heç bir xəbər yoxdur. Yolun heç bir şərt olmadan açılması yaxşı olardı”, – o bildirib.

Qeyd edək ki, sentyabrın 12-də Rusiya Federasiyası Quru Qoşunlarının komandanı ordu generalı Oleq Salyukov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kirill Kulakovu müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim edib.

Ayşən Mustafa
Globalinfo.az