Ruslar İran dronları ilə Kiyevə hücum etdi

Rusiya ordusu noyabrın 25-dən 26-na keçən gecə Ukraynaya İran istehsalı olan “Şahed 131/136” kamikadze dronları ilə hücum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna hava qüvvələri məlumatında deyilir.

Ukrayna havadan müdafiə qüvvələri atılan 76 hücum PUA-larının 71-ni zərərsizlışdirib. Hücumun əsas istiqaməti Kiyev olub. Kiyevə 40 dronun atıldığı bildirilib. Hücum nəticəsində 2 nəfər yaralanıb.