1097922064 0 533 2256 1802 1920x0 80 0 0 e24502e0e2722818f6bc83c407b60916

Azərbaycan Rusiyada keçirilən “İnterviziya” mahnı müsabiqəsində iştirakdan imtina edib. 

Globalinfo.az xəbər verir ki, rəsmi Bakı tədbirdə iştirak üçün ifaçılar göndərməyəcəyini açıqlayıb.

Məlumata görə, buna səbəb kimi daxili məsələlər və hazırlıq üçün vaxt azlığı göstərilib.

Daha əvvəl tədbirdə iştirak edən ölkələrin siyahısında Azərbaycan bayrağının yer almaması Rusiya ictimaiyyətində maraqla qarşılanıb. Bundan sonra səbəbi açıqlanıb.

Qeyd edək ki, “İnterviziya” müsahibəsi sentyabrın 20-də Moskvada keçiriləcək. Müsabiqəyə 20-dən çox ölkənin təmsilçisi qatılacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: