
“Avropa İttifaqı (Aİ) ölkələrindəki rus diplomatların hərəkəti məhdudlaşdırıla bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro deyib.
O, bu addımın Rusiyaya tətbiq edilən sanksiyaların bir hissəsi olaraq nəzərdə tutulduğunu bildirib.
“Məqsəd Moskvanı atəşkəsə razı salmaq və Avropanın Rusiyanın enerji resurslarına olan asılılığını tamamilə aradan qaldırmaqdır”.
Qeyd edək ki, sözügedən təklif Aİ-nin 18-ci sanksiya paketinə daxil edilib.
Əliyar Xəlil
Globalinfo.az