Rusiyaya səfəri gözlənilən məşhur aktyor Ukraynanı dəstəklədi – FOTO

Bu ilin noyabrnda Rusiyaya səfəri gözlənilən dünyaca məşhur aktyor Conni Dep Ukrainaya dəstəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki,  Depin rəsmlərini çəkən Ukraynanın Mariupol şəhərindən olan rəssam İrinə Fedorenkonun sosial şəbəkə paylaşımı müzakirələrə səbəb olub.

Belə ki, Fedorenko Almaniyanın Ştutqart şəhərində Conni Depin üzvü olduğu “Hollivud vampirləri” qrupunun konsertində səhnənin fonundakı ekranda Ukrayna bayrağının dalğalandırılması görüntülərinin əks olunduğu foto paylaşıb. Nəticədə yeni bir musiqi üçün Rusiyaya səfəri gözlənilən və müharibədə bu ölkəni dəstəklədiyi deyilən aktyorun mövqeyi sosial şəbəkələrdə müzakirələri gücləndirib.

Johnny Depp effectively supported Ukraine in front of thousands of fans after Russian fakes and paid special attention to refugees from Mariupol

İrina Fedorenko və Conni Dep konsertdə

Tahir Turan
Globalinfo.az