Parisdə Ukrayna üzrə sammitin iştirakçıları yekdilliklə belə qərara gəliblər ki, indi Rusiyaya qarşı sanksiyaları ləğv etməyin vaxtı deyil.
Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
İngiltərənin Baş naziri Keir Starmer deyib ki, Rusiya sülh danışıqlarını uzatmağa, oyun oynamağa çalışır:
“Bu, bizə tamamilə aydındır. Biz bu qrup ölkələrin növbəti təzyiqi ilə ABŞ-ın Rusiyanı danışıqlara cəlb etmək təşəbbüsünü dəstəkləmək üçün sanksiyaları necə gücləndirə biləcəyimizi müzakirə etdik”.
“Görüşdə həmçinin Ukraynada “yerdə, havada və ya dənizdə” istənilən atəşkəs və sülhə dəstək üçün gələcək “hərbi və əməliyyat” planları müzakirə edilib”, – Starmer qeyd edib.