Rusiyaya qarşı yeni sanksiyalar bundan asılıdır – G7 açıqladı

nBkSUhL2hFgjmMqzIb6BrNOp2Z318Ji mifGnuWR9mOBdDebBizCnTY8qdJf6ReJ58vU9meMMok3Ee2nhSR6ISeO9G1N wjJn

G7 Rusiyaya qarşı yeni sanksiyaların nədən asılı olacağını izah edib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd olunur ki, G7 ölkələri Moskvanın Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlarda iştiraka hazır olmasından asılı olaraq Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsini araşdırmaq niyyətindədir.

“Fevral ayından sonra hər hansı yeni, əlavə sanksiyalar Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatların qəti şəkildə dayandırılmasına yönələn real səylər göstərib-göstərməməsi ilə bağlı olmalıdır. Bu da Ukraynanın suveren, müstəqil ölkə kimi uzunmüddətli təhlükəsizliyinin və sabitliyinin təmin edilməsinə xidmət edəcək”, – deyə agentliyə daxil olan G7-yə üzv ölkələrin xarici siyasət idarələrinin rəhbərlərinin bəyanatında deyilir.

Aysel Əliyeva
Globalinfo.az