polsa

Polşa Rusiyaya görə yenidən hava qüvvələrini artırıb.

Globalinfo.az xəbər verir ki, Varşava Moskvanın Ukraynanın qərbində hərbi fəaliyyətini şübhəli hesab edir.

Bununla bağlı artıq Rusiya KİV-lərində məlumatlar paylaşılıb:

“Hərbçilərin məlumatına görə, səmada  NATO müttəfiqlərinin təyyarələri də görünüb. “Vəziyyət tam nəzarət altındadır və cəlb olunan qüvvələr lazım gələrsə, operativ reaksiya verməyə hazırdır”, – deyə ölkənin əməliyyat komandanlığı X sosial şəbəkəsində yazıb”.

Xatırladaq ki, sonuncu dəfə Polşa və müttəfiqlərin təyyarələri iyunun sonlarında havaya qaldırılmışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: