Almaniya Kansleri Fridrix Mertz Rusiyaya qarşı Avropa sanksiyalarının 18-ci paketi ilə bağlı çağırış edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Slovakiya hökumətinə səslənib.

“Yalnız bir dövlət buna razılıq verməyib Mən Slovakiyanı və onun baş nazirini müqaviməti dayandırmağa və Avropa İttifaqı (Aİ) daxilində 18-ci sanksiyalar paketinə yol açmağa qətiyyətlə çağırıram “, – Mertz vurğulayıb.

Qeyd edək ki, iyulun 9-da Slovakiyanın yenidən Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul etməsinə mane olduğu məlum olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: