Snimok ekrana 2025 02 04 v 19.25 pic4 zoom 1500x1500 10906

Rusiyanın yeni “Molniya” seriyalı FPV dronları Ukrayna Silahlı Qüvvələri üçün “baş ağrısına” çevrilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin müşaviri Sergey Sternenko “Obşestvennoye” nəşrinə deyib.

Onun sözlərinə görə, hazırda Rusiya qoşunları Ukrayna mövqelərini “Molniya” dronları ilə kütləvi şəkildə hədəfə alır.

“Cəbhəyanı ərazilərdə yaşayan insanlar artıq bunun pilotsuz uçuş aparatı olduğunu bilirlər. Bu, təyyarə tipli FPV dronudur. Onun istehsalını sürətlə artırmaq mümkündür, çünki komponent bazası baxımından mürəkkəb deyil. Bu dronlar həm icmalar, həm də müdafiəçilər üçün ciddi problemə çevrilib”, deyə Sternenko bildirib.

O qeyd edib ki, bu tip dronlar 50 kilometrədək məsafə qət edə bilir və bəzən 2, 3, hətta 5 kiloqramlıq döyüş yükü daşıyır.

Bundan əvvəl Ukrayna kəşfiyyatçılarından biri Rusiya istehsalı olan “Molniya” və digər FPV dronlarının Ukrayna qoşunları üçün ciddi təhlükə yaratdığını açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: