
“Rusiya Ukraynaya hücumlarını artırmaq üçün havaların isinməsini gözləyir, yaşıl yarpaqların böyüməsi həm də onlara şimal-şərqdəki mövqelərini gizlətməyə kömək edəcək”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Wall Street Journal”ın məqaləsində qeyd olunur.
Nəşr yazır ki, Ukrayna Silahlı Qüvvələri PUA-lardan aktiv şəkildə istifadə edirlər, lakin sıx yarpaqlar onlara mane olacaq:
“Artıq yağışlı və soyuq havalar bitdiyi üçün Rusiya ordusu ağır texnikadan daha rahat istifadə edəcək. Eyni zamanda, ABŞ-dan Ukraynaya gələn artilleriya təchizatı tezliklə tükənəcək və Avropa bu sahədə ehtiyacı tam ödəyə bilməyəcək”.
Ayşən Mustafa
Globalinfo.az