Rusiyanın Xankəndiyə göndərdiyi TIR-da nələr var? – SİYAHI

Rusiya Qızıl Xaç Cəmiyyətinin Xankəndiyə göndərdiyi humanitar yardımın tərkibi açıqlanıb. 

Globalinfo.az xəbər verir ki, qondarma rejim çatdırılan məhsulların siyahısını təqdim edib.

Məlumata görə, ümumilikdə 1000 set ərzaq məhsulu göndərilib. Bir setə makaron, günəbaxan yağı, şəkər tozu, buğda unu, qarabaşaq yarması, irmik və qablaşdırılmış ət məhsulu daxildir.

Həmçinin 270 ədəd yataq dəsti, 200 ədəd gigiyenik təmizlik seti göndərilib. Bir təmizlik setinə 3 diş fırçası, 10 sabun daxildir.

Yardım siyahısında 192 uşaq setinin yer aldığı bildirilib. Bir setə uşaq üçün diş fırçası, vitaminlər, pürelər, balıq yağı daxildir.

***

Xəbər verdiyimiz kimi, Rusiya Qızıl Xaç Cəmiyyətinin humanitar yük daşıyan TIR-ı Ağdamdan keçərək Xankəndiyə gedib. 

Globalinfo.az xəbər verir ki, separatçılar TIR-da həyati əhəmiyyət kəsb edən Rusiya istehsalı məhsulların olduğunu bildirirlər.

Oyuncaq rejim TIR-dakı yardımın nə olduğunu televiziyada canlı yayım vasitəsilə ictimaiyyətə göstəriləcəyini açıqlayıb.

Separatçıların nümayəndəsi Tiqran Petrosyan isə Rusiyanın bu TIR-da adyal göndərdiyini, qida məhsullarının olmadığını iddia edib.

Ayşən Mustafa
Globalinfo.az