Rusiyanın Ukraynaya təcavüzü nəticəsində ölən uşaqların sayı

Ukraynada müharibə başlayandan bəri 437 uşaq ölüb.

Globalinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Ukraynada fevralın 24-dən indiyədək 437 uşaq ölüb, 839 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Uşaqlara ən çox Donetsk, Xarkov və Kiyev vilayətlərində zərər dəyib. Qeyd olunub ki, bu rəqəmlər yekun xarakter daşımır. Belə ki, hərbi əməliyyatların aparıldığı yerlərdə, işğal olunmuş və azad edilmiş ərazilərdə bu istiqamətdə işlər davam etdirilir.