Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Globalinfo.az bildirir ki, Oxu.az-ın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 63 800 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 511 tank, 5 167 zirehli maşın, 1 556 artilleriya sistemi, 357 reaktiv yaylım atəşi sistemi, 183 hava hücumundan müdafiə sistemi, 268 təyyarə, 240 helikopter, 1 182 PUA, 316 qanadlı raket, 16 gəmi/qayıq, 3 935 avtomobil texnikası və avtosistern, 140 xüsusi texnikadan ibarətdir.