Rusiyanın Ukraynadakı itkilərinin sayı açıqlandı

Son sutkada Ukrayna Silahlı Qüvvələri Rusiya  ordusunun 880 hərbçisini məhv edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının açıqlamasında qeyd olunub.

Bildirilib ki, bununla da Rusiyanın canlı qüvvə itkisi 164 min nəfəri keçib. Dünən, həmçinin ruslara məxsus 14 pilotsuz uçuş aparatı vurulub.

Baş Qərargah Rusiyanın daha 5 tankının və 7 zirehli texnikasının məhv edildiyini açıqlayıb.