Rusiyanın Ukraynadakı itkiləri açıqlandı

Ukrayna müharibənin 526-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 247 850 hərbçi, 4224 ədəd tank, 8234 ədəd zirehli döyüş maşını, 4892 ədəd artilleriya sistemi, 704 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 465 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 311 ədəd helikopter, 7372 ədəd avtomobil texnikası, 4077 ədəd PUA, 1347 qanadlı raket, 18 gəmi/qayıq, 721 xüsusi avadanlıq itirib.