Onu qəbul etməliyik, Rusiyaya fikir verməyin – Erməni deputat

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfərinə Rusiyanın necə reaksiya verəcəyi bizi maraqlandırmır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin “Mülkü müqavilə” fraksiyasının deputatı Qaqik Melkonyan deyib.

“Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistana səfər etmək qərarına gəlibsə, onu qəbul etməliyik. Axı problem nədir? Rusiyanın necə reaksiya verəcəyi bizi maraqlandırmır, öz işidir. Biz ölkəmizin maraqlarını rəhbər tutmalıyıq”, – deputat bildirib.

Qeyd edək ki, Ukrayna prezidentinin mart ayında Ermənistana səfəri gözlənilir.

Əliyar Xəlil
Globalinfo.az