Rusiyanın Qarabağdakı sülhməramlıları dəyişdirilməlidir – ABŞ

“Rusiyanın Azərbaycan Respublikasının Qarabağ iqtisadi regionundakı sülhməramlıları dəyişdirilməlidir”

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çıxışı zamanı deyib.

O əlavə edib ki, ABŞ Rusiya sülhməramlılarına alternativ təklif etməyə hazırdır:

“Ən yaxşı yanaşma hər iki ölkəyə alternativ verməkdir – bizimlə və Qərblə işləmək”.