Rusiyanın Praqadakı səfirliyinə hücum xəbəri yayıldı

Rusiyanın Praqadakı səfirliyinə “molotof kokteyli” ilə hücum olunduğu iddia edilib.

Globalinfo.az Teleqram kanallarına istinadən xəbər verir ki, bu barədə Çexiya polisi məlumat yayıb.

Məlumatda bildirilib ki, əlində “molotof kokteyli” olan naməlum şəxs alışan mayeni yandıra bilməyib və saxlanılıb.

Xatırladaq ki, dekabrın 21-də Çexiyanın Praqa şəhərində Çarlz Universitetində David Kozak adlı çex tərəfindən terror törədilmişdi. Hadisə nəticəsində 15 nəfər ölmüş, 30 nəfər yaralanmışdı.