Rusiyanın Oryol vilayətinə PUA düşdü

Rusiyanın Oryol vilayətinin Soskovski rayonundakı tarlada pilotsuz uçuş aparatı (PUA) tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə qubernator Andrey Klıçkov Telegram kanalında bildirib.

PUA-nın düşdüyü ərazi hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb və lazımi tədbirlər həyata keçirilir.

Klıçkovun sözlərinə görə, rayon sakinləri üçün heç bir təhlükə yoxdur, vəziyyət nəzarət altındadır.