Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının keçmiş baş komandanı Aleksey Maslov 69 yaşında ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, ordu generalı A.Maslov Burdenko adına Baş Hərbi Klinik Hospitalda vəfat edib.
Qeyd edək ki, Aleksey Maslov 2004-2008-ci illərdə Rusiya Federasiyasının Quru Qoşunlarına rəhbərlik edib, daha sonra Rusiyanın NATO-dakı baş hərbi nümayəndəsi olub.
O, son illərdə “Uralvaqonzavod”un hərbi-texniki əməkdaşlıq üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb.