Rusiyanın məşhur idman şərhçisi öldü

Rusiyanın tanınmış idman şərhçisi və jurnalisti Vasili Utkin vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Utkinin sahibi olduğu “Eqrisi” mediafutbol klubunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, o, 53 yaşında ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Vasili Utkin 1990-cı illərin ortalarında NTV və “NTV Plus”un futbol şərhçisi və “Futbol Klubu” televiziya şousunun aparıcısı kimi şöhrət qazanıb.

2010-cu il sentyabrın 1-dən 2015-ci il avqustun 31-dək Utkin “NTV Plus” idman kanalının baş redaktoru vəzifəsində çalışıb.

O, 2004 və 2005-ci illərdə TEFI mükafatı üzrə ilin “Ən yaxşı idman şərhçisi” nominasiyasında qalibi olub.

Utkin ermənipərəst mövqeyi ilə tanınıb.