“Qərb tərəfdaşlarımız Kiyevə dəstəyi gücləndirməlidirlər”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər naziri Andrey Sibiqa deyib.
O, bu barədə Rusiyanın genişmiqyaslı hücumundan sonra açıqlama verib.
Sibiqa müttəfiqlərə üç konkret addım təklif edib:
-“Patriot” hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükünü artırmaq,
-Moskvaya qarşı sanksiyaları sərtləşdirmək,
-Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını sürətləndirmək.
“Tərəfdaşları yalnız pisləməyə yox, həm də hərəkət etməyə çağırıram”, – deyə nazir əlavə edib.
Qeyd edək ki, 2 iyun gecəsi Moskva Ukraynaya cavab zərbəsi endirib.
Hücumların hədəfi Kiyev, Zaporojye, Xarkov və Dnepropetrovskda yerləşən hərbi-sənaye kompleksi obyektləri olub.
Əliyar Xəlil
Globalinfo.az