
Rusiya hava limanlarında çoxsaylı uçuş gecikmələri və ləğvləri qeydə alınıb.
Globalinfo.az-ın xəbərinə görə, yerli mənbələr bildirir ki, gecikən və ləğv olunan uçuşların sayı son dörd saat ərzində kəskin artıb.
Ən çətin vəziyyət Sankt-Peterburqun Pulkovo hava limanında yaşanır. Burada 80-dən çox reys gecikir. Leninqrad vilayətinin qubernatoru dron təhlükəsi barədə məlumat verib və bölgədə müvəqqəti olaraq hava hücumu xəbərdarlığı tətbiq edilib.
Moskvanın Vnukovo aviareysi gecikib, onlardan biri ləğv edilib. Domodedovo hava limanında isə 11 gecikmə qeydə alının, reyslərdən biri ləğv olunub. Şeremetyevoda 37 gecikmə var. Xrabrovoda (Kalininqrad) 30-a yaxın gecikmə mövcuddur, 8 reys ləğv edilib. Nijni Novqorodda 10 gecikmə qeydə alınıb, 5 reys ləğv olunub. Samara, Saratov, Kazan və Yekaterinburqda hər hava limanında 5-10 təyyarə gecikməsi və 3-ə qədər reysin ləğv olunması baş verib.
Sərnişinlər təyyarədə uzun müddət gözlədiklərini və terminallarda döşəmədə gecələdiklərini bildirirlər.
Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə qüvvələrinin paytaxta uçan bir neçə pilotsuz təyyarənin qarşısını aldığını bildirib. Onun sözlərinə görə, təhlükə zərərsizləşdirilib və itki yoxdur. Dağıntıların olduğu yerlərdə işlər davam edir.
Leninqrad vilayətinin qubernatoru həmçinin bildirib ki, Tosnenski rayonunda PUA hücumu dəf edilib. Gecə saatlarında bölgədə iki pilotsuz təyyarə vurulub.
— Ahmadov (@BigAhmadov) July 5, 2025

Əliyar Xəlil