“Rusiyanın Ermənistandakı səfirinin effektivliyi şübhə doğurmur”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
O, rusiyalı diplomatın mümkün əvəzlənməsi ilə bağlı sualı belə cavablandırıb.
“Sergey Kopırkinin effektivliyini və məhsuldarlığını səfirliyin üzərində işlədiyi tədbirlərin sayı və gündəliyi ilə qiymətləndirmək olar”.
Qeyd edək ki, mayın 24-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb. Həmin vaxt Ermənistan Xarici İşlər Nazirliyi bu qərarı şərh etməyib. Daha sonra, iyunun 10-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Kopırkinin İrəvana qayıtdığını açıqlayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az