Rusiyalı sabiq deputat: “Navalnını qoruya bilmədik”

Rusiyanın sabiq deputatı Boris Nadejdin Aleksey Navalnının ölümünü hər kəs üçün ağır itki adlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə siyasətçi öz Teleqram kanalında yazıb.

O, Navalnının yaxınlarına başsağlığı verib:

“Valideynlərinə, Yulya və uşaqlarına başsağlığı verirəm. Nemtsov, indi də Navalnı. Bu, hər kəs üçün böyük itkidir. Alekseyi qorumaq mümkün olmadı.

Alekseyin və ölkəmizin milyonlarla vətəndaşının istəklərini həyata keçirmək üçün hər şey edəcəyəm”.

“Rusiya dinc və azad olacaq!” – siyasətçi yazıb.

Zaira Akifqızı
Globalinfoaz.