Rusiyalı prodüser Azərbaycan Prezidentinə təşəkkür etdi

9a2758e58783f6f644abfe304e28c4ad

Rusiyalı prodüser Teymur Cəfərov İrandan təhlükəsiz təxliyə üçün Prezident İlham Əliyevə təşəkkür edib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İsrailin İrana hücumları nəticəsində ölkədən təcili olaraq Azərbaycana təxliyə edilən əcnəbi vətəndaşlar arasında “Tanrı olmaq çətindir” filminin yaradıcı heyəti, o cümlədən prodüser Teymur Cəfərov da olub. O, təxliyə prosesində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

“Rusiya Mədəniyyət naziri Olqa Lyubimova, Rusiya Xarici İşlər Nazirliyi, Rusiyanın Tehrandakı səfirliyi və konsulluğu, eləcə də Azərbaycan Prezidenti İlham Əliyev, “Milli Media Qrupu” və NTV rəhbərliyinə misilsiz dəstəyə görə təşəkkür edirik”, – Cəfərov qeyd edib.

Xatırladaq ki, İrandakı vəziyyətlə əlaqədar Azərbaycana 90 nəfər əcnəbi vətəndaş təxliyə olunub. TASS informasiya agentliyinin məlumatına görə, təxliyə olunan yaradıcı heyət artıq Moskvaya çatıb.

Aysel Əliyeva
Globalinfo.az