Rusiyalı nazir müavini Danimarkaya buraxılmadı

Danimarka hakimiyyəti Kopenhagendə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional toplantısında iştirak etməyi planlaşdıran Rusiya səhiyyə nazirinin müavini Oleq Salaqayı ölkəyə buraxmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-i ölkənin Kopenhagendəki səfirliyinə istinadən məlumat yayıb.

“Sentyabrın 12-14-də Kopenhagendə ÜST-ün regional toplantısı keçirilir. Bu tədbirdə səhiyyə nazirinin müavini O.Salaqayın iştirakı gözlənilirdi. Lakin Kastrup hava limanında onun Danimarkaya girişi qadağan edilib”, – mətndə deyilir.

Diplomatlar Danimarka hökumətini ÜST-ə üzv ölkələrin rəsmi nümayəndələrinin Danimarkadakı tədbirlərə maneəsiz gəlişini təmin etmək öhdəliyini pozmaqda ittiham ediblər.