Rusiya vətəndaşı olan erməni əsilli milyarder iş adamı İrəvanda saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tert” məlumat yayıb.
Karapetyanın hazırda Ermənistan İstintaq Komitəsində olduğu və ona qarşı cinayət işinin açıldığı bildirilir.
Ermənistan xüsusi təyinatlıları “Taşir qrup”un rəhbəri olan milyarderin evində axtarış aparıblar.
Qeyd edək ki, S.Karapetyan Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı sərt mövqeyi ilə bilinir. O, Paşinyanın Erməni Apostol Kilsəsi ilə bağlı çıxışlarını tənqid edirdi.
Əliyar Xəlil
Globalinfo.az