owl detail 620 ca539c10c26e8c967d8ae76ff8b0f888

Ukrayna Prezidenti Volodimir Zelenski sülhə nail olmaq istəyirsə, Rusiyanın irəli sürəcəyi şərtlərlə Moskvaya gəlməlidir.

Globalinfo.az xəbər verir ki, bu fikri Dövlət Dumasının deputatı Aleksey Juravlyov “RİA Novost”yə müsahibəsində səsləndirib.

Deputat qeyd edib ki, Zelenski müharibəni dayandırmaq niyyətindədirsə, Rusiyanın şərtlərini qəbul etməlidir.

“Əgər istəmirsə, qoy ABŞ ondan bunu tələb etsin”, – Juravlyov əlavə edib.

O, həmçinin tarixi nümunəyə istinad edərək bildirib ki, 1945-ci ildə nasist Almaniyasının kapitulyasiyasına şəxsən Adolf Hitler imza atmamışdı. Juravlyovun sözlərinə görə, Zelenski sülh sazişinə imza atmaqdan imtina edərsə, Ukraynada bunu etməyə hazır olan başqa qüvvələr tapılacaq.

Tahir Turan
Globalinfo.az

Paylaş: