klimov

“Tbilisi Moskvaya müraciət etsə, Rusiya Gürcü Arzusu Partiyasına hakimiyyətini qorumasına kömək etməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurası sədrinin müavini Andrey Klimov Moskvada “Rusiyanın Dostları Klubu”nun görüşündə deyib.

Klimov Gürcüstanın gələcəkdə KTMT-yə qoşulmasına Tbilisinin qərar verməli olduğunu bildirib:

“Bu təşkilata onun qaydaları ilə yaşayan bütün ölkələr güvənə bilərlər. Vladimir Putinin təklifi Avrasiyada yeni təhlükəsizlik sisteminin yaradılmasından ibarətdir. Gürcüstan Avrasiya materikinin ölkəsidir və prosesə qoşula bilər”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: