“Böyük Britaniyanın Baş naziri Kir Starmer vətəndaşlarının diqqətini miqrasiya məsələsindən yayındırmaq üçün neft tankerini saxlamaq qərarına gəlib”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri və prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev deyib.
“Ümidsiz Starmer britaniyalıları şikəst edən və başlarını kəsən miqrantları tutmaq əvəzinə, münaqişəni qızışdırmaqla diqqət yayındırmağa çalışır”, – deyə o qeyd edib.
Qeyd edək ki, 14 iyunda K.Starmer Britaniya hərbçilərinin Rusiyaya məxsus neft tankerini ələ keçirdiyini açıqlamışdı.
Əliyar Xəlil
Globalinfo.az