“Rusiya Ukraynada Qərbin adi strategiyasından fərqli yeni hərbi taktikalar tətbiq etməyə başlayıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Junge Welt” nəşri məlumat yayıb.
“Rusiya müharibəni zavodsayağı aparır – standartlaşdırılmış, məlumatlara əsaslanan və ardıcıl. Əsas məqsəd ərazi deyil, düşmən sistemlərinin proqnozlaşdırıla bilən şəkildə məhv edilməsidir”, – deyə bildirilib.
Nəşrin məlumatına görə, Rusiyanın yeni yanaşması Qərbin “hücum” anlayışına uyğun gəlmir:
“Buna görə də analitiklər bəzən Rusiya ordusunun zəifliyi ilə bağlı şərhlər verirlər”.
Əliyar Xəlil
Globalinfo.az