Rusiyadan qaçanları belə cəzalandırmaq istəyirlər

“Rusiyadan qaçan və Ukraynanı müdafiə edən şəxslərin əmlakları müsadirə edilməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Xaricdə olarkən daşınmaz əmlaklarını icarəyə verib, Rusiya vətəndaşları hesabına pul qazanmağa davam edirlər. Bununla belə, Rusiyaya ləkə atırlar. Cəzasız qaldıqlarına görə elə güman edirlər ki, məhkəməyə çıxarılmayacaqlar”, – o bildirib.

Gülnar Səlimova
Globalinfo.az